İntiqam Əliyevin məhkəmədə halı pisləşdi

24 Oktyabr 2014 13:26 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə onun oğlu Nəcmin Kamil öz Facebook səhifəsində yazıb.

Bu informasiyanı onun vəkili Cavad Cavadlı da təsdiq edib:

"İntiqam Əliyevin səhhəti qəfildən korlanıb, özündən getmə həddinə çatıb. Buna səbəb onun hava çatışmazlığı olan 8-9 nəfərdən ibarət konvoy maşınında məhkəməyə gətirilməsidir. Onun sağ ayağı tutulub", - deyə Cavad Cavadlı bildirib.

Qeyd edək ki, İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib. Bu gün isə onun həbs müddəti 3 ay uzadılıb.


AzNews.az