“Bomj“ çempion öldü

24 Oktyabr 2014 13:48 (UTC+04:00)


AzVision.az xəbər verir ki, Rövşən Kazımov dünən Təcili Tibbi Yardım tərəfindən Bakının Keşlə qəsəbəsində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.

Xəstəxanada kişi `bomjlar` üçün yer olmadığından, R.Kazımov 7 saylı Şəhər xəstəxanasına aparılıb.

Lakin aşağı ətrafların travmasından əziyyət çəkən Rövşən Kazımov xəstəxanada keçinib.

Rövşən Kazımovun meyiti Sabunçuda yerləşən 3 saylı Sabunçu Klinik xəstəxanasının `Məhkəmə Tibbi Ekzpertiza və Pataloji Anatomiya Birliyi`nə aparılıb.

AzVison.az-ın əməkdaşları bununla bağlı həmin xəstəxanada olublar. Meyitin həmin şəxsə aid olduğu xəstəxanadan təsdiqlənib. Bu barədə Rövşən Kazımovun yaxınlarına məlumat verilib.