Rusiyanın ən yaxşı müğənnisinin adı açıqlandı

24 Oktyabr 2014 14:14 (UTC+04:00)


AzNews.az xəbər verir ki, dünən keçirilən təqdimat mərasimində Nyuşa ən çox səs toplayaraq "Rusiyanın ən yaxşı müğənnisi" nominasiyasını qazanıb.

Nyuşa özünə rəqib olan 4 namizəddən öndə olmağı bacarıb. "Kasta" və "Serebro" qrupları, müğənni Byanka və musiqiçi Noize Mc Nyuşaya uduzub. Hazırda Nyuşa noyabr ayının 9-da Qlazqo şəhərinin SSE Nydro arenasında "MTV Europe Music Award"ın keçirəcəyi mərasimdə "Şərqi Avropanın ən yaxşı müğənnisi" nominasiyası uğrunda mübarizə aparacaq.

Nyuşa sevincli anları haqda sosial şəbəkədə bunları yazıb: "Mən çox xoşbəxtəm. İndi MTV-nin ən yaxşı müğənnisi olmağa çalışacağam. Hamıya minnətdarlıq edirəm. Sizi hədsiz dərəcədə sevirəm".