Neftin qiyməti yenidən aşağı düşdü

24 Oktyabr 2014 14:20 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu gün Londonun ICE Futures birjasında dekabr ayına satışlarda Brent markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq 86,42 dollar səviyyəsində qərarlaşıb.

Nyu York əmtəə birjasındakı elektron ticarət sessiyası təqribən eyni ucuzlaşmanı qeydə alınıb.

Belə ki, bir barelə 0,42 dollar itirən Brent markası 81,67 dollara satılıb.

Cümə axşamı Səudiyyə Ərəbistanından ixracın azalması ilə bağlı xəbərlərin ardınca neft qiymətlərində 3 faizlik artım müşahidə olunub.

Sentyabr ayında Səudiyyənin gündəlik ixrac həcmləri 328 min barel azalaraq 9,36 milyon barelə çatıb.