100 manat oğurladı - 7 il həbs cəzası aldı

24 Oktyabr 2014 14:39 (UTC+04:00)


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlkin Bayramov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Bayramov oğurluq əməllərində təqsirli bilinib. O, 2013-cü il dekabrın 8-də, Elmlər Akademiyası metrostansiyasında Nərgiz Zeynalovanın əl çantasından 54 manat, 50 ABŞ dolları və şəxsi sənədlərini oğurlayarkən Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən yaxalanıb