İŞİD-lə müharibə ABŞ-ın nəyinə lazımdır?

24 Oktyabr 2014 14:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda "Washington Post" qəzetində yazılıb.

Müəllif qeyd edib ki, ABŞ-ın "İslam Dövləti" yaraqlılarına qarşı müharibəsini tələsik, hesablanmamış müharibə adlandırmaq olmaz, çünki hərəkət etmək qərarını verməyə ABŞ xeyli düşünüb.

Ancaq Obamanın xoşlamadığı müharibənin tələsiklik tərəfi ilə problem yoxdursa, axmaq, ağılsız tərəfi ilə deyəsən problem var.

"İslam Dövləti" yaraqlıları ilə müharibənin məqsədi, parametrləri və gələcəyi barədə artan qeyri-müəyyənlik bəzi siyasətçiləri çox düşündürür.

Sadə amerikalılar da artıq bu işin taleyindən narahat olmağa başlayıblar. Onlar indi "İŞİD-lə müharibə ABŞ-ın nəyinə lazımdır?" sualına cavab axtarmağa çalışırlar.