Yol polisindən sürücüyə ağır söyüş - VİDEO

24 Oktyabr 2014 20:00 (UTC+04:00)



"Qafqazinfo"nun verdiyi xəbərə görə, mobil telefonla danışdığını iddia edən yol polisi maşını saxlatdırır. Sürücüdən sənədlərini tələb etdikdə o bundan imtina edir. Buna isə saxlanma səbəbi haqda öncədən məlumat verilməməsini əsas gətirir. Bundan sonra növbəti polis əməkdaşı avtomobilə yaxınlaşır. Davam edən qarşılıqlı ittihamlar hər iki tərəfindən söyüş söyməsinə qədər davam edir. Bir müddətlik sürücü ilə yol polisi əlbəyaxa olur. Sonradan yaxınlaşan polis əməkdaşı özünü inspektor Sahibov kimi təqdim edir.

Sürücü yol polisi əməkdaşından yerindəcə mobil telefonla danışdığı anın video görüntülərini tələb edir. Sürücünün qeyd edir ki, sonda ona heç bir protokol tərtib edilməyib və yoluna davam edib.

Ağır söyüşləri ixtisar etməklə videonu təqdim edirik: