Qazaxda 4 otaqlı ev yandı

25 Oktyabr 2014 07:08 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Nəticədə evin iki otağı 70 kv.m, dam örtüyü 15 kv.m sahədə yanıb. Yanğın nəticəsində evin sahibi müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Zərərçəkmiş yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.


AzNews.az