Obama təcili Milli Təhlükəsizlik Şurasını topladı

25 Oktyabr 2014 08:31 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ağ Ev administrasiyası yayıb.

Məlumatda deyilir ki, toplantıda Barak Obama İraq və Suriyadakı siyasi vəziyyəti müzakirə edib, koalisiya qüvvələrinin İraq hərbçilərinə təlim keçirməsinin vacibliyinə toxunub.

ABŞ-ın Dövlət Departamentində reallaşan tədbirdə Obama ilə yanaşı dövlət katibi Con Kerri, vitse prezident Co Bayden, müdafiə naziri Çak Hagel, Baş qərargah rəisi Martin Dempsey, Milli Kəşfiyyatın rəhbəri Ceyms Klapper, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan, maliyyə naziri Jakob Lew, daxili təhlükəsizlik naziri Jeh Johnson, milli təhlükəsizlik üzrə müşavir Susan Rice, Obamanın köməkçisi Denis McDonough və Federal Təhqiqatlar Bürosunun başçısı James Comey iştirak edib.