Obama Ebolaya yoluxan tibb bacısını qucaqladı - VİDEO

25 Oktyabr 2014 09:00 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ağ Evin spikeri Josh Earnest yayıb.
Məlumatda deyilir ki, Obamanın Ebolaya yoluxan tibb bacısı Phamla qucaqlaşması diqqəti cəlb edib.

Görüşdə Obama tibb bacısına etdiyi xidmətlərinə görə təşəkkür edib.

Ağ Evin başçısı, həmçinin Dallasdakı tibb işçilərinə də minnətdarlığını çatdırıb.
Tibb bacısı Phamı müalicə edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci verdiyi mətbuat konfransında bildirib ki, tibb bacısı üzərində dalbadal 5 test edilib və onda Ebola virusu aşkar edilməyib.

Dr. Fauci də mətbuat konfransında köhnə xəstəsi Phamaya sarılıb.

Qeyd edək ki, Pham Dallasda Ebola virusundan həyatını itirən Tomas Erik Dunkanın müalicəsi zamanı bu virusa tutulmuşdu.