Bakıda maldarlıq kompleksləri yaradılacaq

25 Oktyabr 2014 09:24 (UTC+04:00)


Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzNews.az-a verilən məlumata görə, Böyük Bakının Regional İnkişaf Planına uyğun olaraq Bakının şimal-şərqdə yerləşən qəsəbələrində zeytun, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında isə zəfəran təsərrüfatları inkişaf etdiriləcək. İntensiv üzümçülük və müasir istixana komplekslərinin yaradılması da Baş Planda nəzərdə tutulub.

Komitədən onu da bildiriblər ki, gələcəkdə paytaxtın şimal-şərqdə yerləşən qəsəbələrində kiçik və orta ölçülü maldarlıq və quşçuluq kompleksləri yaradılacaq. Həmçinin kənd təsərrüfatı məhsullarının emalı və ərzaq istehsalı müəssisələrinin yaradılması və çörək və qənnadı məhsullarının istehsalı da Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb.


Gültəkin ƏLƏSGƏR
AzNews.az