Taekvondo Federasiyasına əcnəbi məşqçi gətiriləcək

25 Oktyabr 2014 10:20 (UTC+04:00)


Bu barədə AzNews.az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov açıqlama verib. O bildirib ki, bir neçə əcnəbi namizəd arasında seçim edilir.
Onun sözlərinə görə, seçim Cənubi-Koreyadan və İrandan olan məşqçilər arasında aparılır.

Azərbaycan Taekvondo Federasiyasının baş məşqçisinin adı gələn həftə açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasının baş məşqçisi, taekvando üzrə yığma komandamızın rəhbəri Ələkbər İmaməliyev baş məşqçi postundan uzaqlaşdırılıb. Yığmanın gənclər üzrə məşqçisi Gündüz Abdullayev də vəzifəsindən kənarlaşdırılıb.

Gültəkin ƏLƏSGƏR
AzNews.az