Yük maşını qəza törətdi - Piyada öldü

25 Oktyabr 2014 10:33 (UTC+04:00)


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə General Əbilov küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Ruslan Aslan oğlu Xasıyev idarə etdiyi yük maşını ilə yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Rübabə Bəkir qızı Pirmətovanı vurub. Qadın yük maşınının altında qalaraq ölüb.

Ölən qadın Qusar Yaşıllaşdırma İdarəsinin əməkdaşı olub.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.