Axtarışda olan 3 nəfər tutuldu

25 Oktyabr 2014 10:48 (UTC+04:00)


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Vüsal Qasımov tutulub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Elçin Abbasov saxlanıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Əli Qurbanovu tutublar.