11 yaşlı uşaq dəm qazından zəhərləndi

25 Oktyabr 2014 11:21 (UTC+04:00)


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri Fətəli Xan Xoyski küçəsində yaşayan 2003-cü il təvəllüdlü Məmmədov Famil Sədrəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

E. Məmmədov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, ağır vəziyyətdə xəstəxanaya gətirilən uşağın vəziyyəti həkimlərin müdaxiləsindən sonra stabilləşib, həyatı üçün təhlükə yoxdur.