Qazaxda dəhşətli qətl

25 Oktyabr 2014 11:40 (UTC+04:00)


APA-nın qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1974-cü il təvəllüdlü Süleyman Möhtərəmov, 1977-ci il təvəllüdlü Ramin Qurbanovla mübahisə edib və onlar bir-birini bıçaqlayıblar.

R. Qurbanov Qazax Rayon Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. S. Möhtərəmov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.