Polis maşını oğurlandı

25 Oktyabr 2014 11:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan üzrə İdarəsinin mətbuat xidməti yayıb.

"Polis maşınının axtarılması üçün bütün güclər səfərbər edilib. Dağıstan Respublikasının rəhbərliyi bu faktla bağlı xidməti araşdırma aparır", - deyə İdarədən bildiriblər.

Qeyd edək ki, "VAZ-21014" avtomobili oğurlanan zaman Engels küçəsində parkovka edilib.