3-cü dəfə keyser əməliyyatı zamanı ana öldü- Lənkəranda

25 Oktyabr 2014 17:04 (UTC+04:00)


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, baş həkimin müavini Əbülfət Məmmədov açıqlamasında Xoşqədəm Yədulla qızı Məmmədovanın xəstəxanaya olduqca ağır vəziyyətdə gətirildiyini bildirib:

"Üzərində 2 dəfə cərrahiyyə əməliyyat keçirilsə də cəhdlərimiz nəticəsiz qaldı. Ilkin səbəbə görə belə fikirləşmək olar ki, xəstənin çox güman ki, tromboembaliyası olub. Keyser əməliyyatından sonra adətən izah olunur ki, ən azı 3 il fasilədən sonra təkrar hamiləliyə icazə verilir. 2-ci keyser əməliyyatından sonra umumiyyətlə hamiləliyə icazə verilmir. Qadın 3-cü dəfə keyser əməliyyatı olunub və məsələ belə sonluqla bitib".

Zərərçəkən tərəfin münasibətini öyrənmək üçün mərhumun yaşadığı Astara rayonun Ərçivan qəsəbəsində olduq. çəkilişə heç vəchlə icazə verməyən mərhumun yaxınları həkimlərdən şikayətçi olmadıqlarını, qadını həyata qaytarmaq üçün 2 gün ərzində bütün imkanlardan istifadə etdiklərini dedilər. Onlar 3-cü dəfə dünyaya uşaq gətirmək istəyən Xoşqədəmin səhhətində problemlərin olduğunu, bu səbəbdən ikinci körpəsinin doğuş zamanı tələf olduğunu gizlətmədilər.

Ana ölümün dəqiq səbəbləri isə Səhiyyə Nazirliyi nəzdində yaradılmış komissiyanın araşdırmasından sonra məlum olacaq.