Türkiyədə “sarı toz” həyəcanı- 3 xarici konsulluq köçürüldü

25 Oktyabr 2014 17:54 (UTC+04:00)
Musavat.com-un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

ABŞ konsulluğu da cümə günü analoji bağlama alıb. Ancaq bina hələ ki, təxliyə edilməyib.

Türkiyənin Fövqəladə Hallar Agentliyini rəsmisi Doğan Eskinatın sözlərinə görə, Kanada konsulluğundan paketi açan və görən 7 nəfər ehtiyat tədbiri kimi xəstəxanaya yerləşdirilib. Hökumət standart prosedur çərçivəsində həmçinin, toz nümunələrini test tədqiqat üçün göndərib.