Rəmiş Ledi Qaqanı 37 il qabaqlayıb – EKSKLÜZİV – FOTO

20 Sentyabr 2012 11:06 (UTC+04:00)
Məşhur müğənni Ledi Qaqa Amsterdamda konsert zamanı səhnədə nəşə çəkməsi izləyənlərin böyük marağına səbəb olub.

AzNews.az əldə etdiyi fotogörüntü ilə maraqlı bir faktı ortaya çıxardıb. Sən demə, səhnədə nəşə çəkmək "istedadı" təkcə avropalı məhşurlara deyil, Azərbaycanlı məşhurlarda da var imiş.

Belə ki, Azərbaycanın məşhur gitara ifaçısı Rəmiş hələ 1975-ci ildə səhnədə çıxışı zamanı nəşə çəkib.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az