Erməni deputat müharibə cağırışı etdi

20 Sentyabr 2012 12:46 (UTC+04:00)


"Gələcəkdə növbəti Qarabağ müharibəsi gözlənilir". Bunu Ermənistan parlamentinin deputatı Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. Erməni deputatn fikrincə, Qarabağda uğur 90-cı illərin əvvəllərində əldə edilib.

Bununla belə deputat "erməni xalqı döyüşdə udub, müharibədə yox" deməklə ermənilərin öz uğurlarını möhkəmlədə bilmədiyini qeyd edib. Baqratyanın fikrincə, Qarabağda yenidən müharibə başlaya bilər: "Azərbaycan müharibəyə hazırlaşır, biz isə daha bir kilsə bayramı axtarırıq ki, işə getməyək. Azərbaycan artıq silaha 40 milyard xərcləyib, öz sputnikini buraxmaq fikrindədir".

E.Əlosmanqızı
AzNews.az