Nazir müavininin qardaşına yeni vəzifə verildi
29 Oktyabr 2014 11:25 (UTC+04:00)
AzNews.az "Report"a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəis müavini Niyaməddin Eyvazov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) rəis təyin edilib.
Qeyd edək ki, polis polkovnik-leytenantı N.Eyvazov daxili işlər nazirinin müavini Vilayət Eyvazovun qardaşı oğludur.
Xatırladaq ki, bir müddət əvvəl Binəqədi RPİ CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Heydər Heydərli vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin rəis müavini təyin edilmişdi.