Asim Xudiyev Çexiyaya təyinat aldı

20 Sentyabr 2012 15:23 (UTC+04:00)
Futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. AzNews.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlarda həmvətənimiz hakimlərin idarəçiliyinə qiymət verəcək.

Bu qrupun oyunları sentyabrın 24-dən oktyabrın 1-dək Çexiyada təşkil olunacaq. Növbəti mərhələyə vəsiqə uğrunda Rusiya, Danimarka, Monteneqro və Çexiya yığmaları mübarizə aparacaq.

Emin Abbasov
AzNews.az