“Yalançı siyasətçilərə inanmayın” - Rasim Musabəyov

29 Oktyabr 2014 15:02 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlama verən millət vəkili Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, siyasətdə yeni addım atanlar xalqa populist vədlər verir.

"Misal üçün, maaşların, pensiyaların 5 dəfə artırılmasından danışırlar. "Qarabağı 3 həftəyə azad edəcəyəm" deyirlər. Belə çağırışlar, xüsusilə seçkilər zamanı səslənir. Bu gün ölkə başçısı İlham Əliyev də gənclərə səslənərək real vəd verənlərlə populist siyasətçiləri ayırd etməyi tövsiyə edib", - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı deyib ki, siyasətçilər məsuliyyətli olmalıdır, populist vədlər verən siyasətçilər xalq üçün həmişə problem yaradır.


Xəyal Əzizov
AzNews.az