Qubad İbadoğlunun şikayətinə baxıldı - Açıqlama

29 Oktyabr 2014 15:09 (UTC+04:00)

AzNews.az-a açıqlama verən Qubad İbadoğlu MNTK-da aparılan müzakirədən xəbərsiz olduğunu deyib.

"Müzakirələrin nəticəsi haqda mənə məlumat verilməyib. Həmin iclasda mənim deyil, nümayəndələrimin iştirakı nəzərdə tutulurdu. Onları da 28 oktyabr iclasına çağırmayıblar. 30 oktyabrda isə yenidən iclas nəzərdə tutulub və nümayəndələrimi ora dəvət ediblər", - deyə Qubad İbadoğlu əlavə edib.

Qeyd edək ki, MNTK-nın oktyabr ayının 28-də keçirilən iclasına şikayətçi Q.İbadoğlu dəvət edilməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az