Berluskoni “Milan“ı satışa çıxardı

20 Sentyabr 2012 15:35 (UTC+04:00)
Uefa Çempionlar Liqasının ilk görüşündə "Milan" klubunun öz meydanında Belçika təmsilçisi "Anderlext"lə heç-heçə etməsi, klubun prezidenti Silvio Berluskonini bərk qəzəbləndirib. Klub przidenti "Milan"ın oyunundan elə qəzəblənib ki, hətta onu satmaq qərarına gəlib.

Berluskoni oyundan sonra "La Stampa" qəzetinə verdiyi müsahibəsində deyib: "Bu məğlubiyyət əsl iflasdır. Əgər almaq istəyən olsa "Milan"ı tərəddüd etmədən satacam."

Qeyd edək ki, keçmiş baş nazir Silvio Berluskonin klubunun İtaliya milli çempionatında da işləri yaxşı getmir. Klub 3 oyundan yalnız 3 xal toplaya bilib.

AzNews.az