Kim Çen In əməliyyat olundu

30 Oktyabr 2014 12:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı France-Presse agentliyi yayıb.

Məlumatda deyilir ki, KXDR rəhbərinin topuğundakı nasazlıq onun altı həftə ictimaiyyət qarşısına çıxmamasına səbəb olmuşdu. Əməliyyatın xarici mütəxəssislər tərəfindən aparıldığı bildirilir.

Cənubi Koreya kəşfiyyatı deyib ki, Kim Çen İnın səhhəti hazırda yaxşılaşmağa doğru gedir.