“Heç kim bizə diqtə edə bilməyəcək”

30 Oktyabr 2014 16:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu sözləri Litva prezidenti Dalya Qribauskayte jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"Müstəqilliyinin 25 illiyində Litva daha da qüvvətlənib, daha da müstəqil olub. Litva Baltikyanı ölkələr içərisində ilk ölkədir ki, bu tip bir gəmi onun sahillərinə yan alıb. "Independence" gəmisi böyük həcmdə təbii qaz ehtiyatları saxlamaq qabiliyyətinə malikdir. Biz artıq qaz asılılığından tam olaraq qurtulmuşuq", - deyə Litva prezidenti bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Litvaya təbii qaz saxlamağa qabiliyyəti olan "Independence" gəmisi daxil olub.


Xəyal Əzizov
AzNews.az