Erməni avtoritet həbs edildi- VİDEO

30 Oktyabr 2014 19:36 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, "Zap" ləqəbli Andranik Soqoyan bu yaxınlarda Ermənistana gəlib.

Ermənistan mətbuatının xəbərlərinə görə, "Zap" İrəvanən mərkəzində polis əməkdaşları tərəfindən saxlanılıb.

Andranik Soqoyan Çexiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O qətldə və reketlikdə ittiham edilir.

Qeyd edək ki, ötən il Praqa ali məhkəməsi erməni kriminal avtoritet Andranik Soqoyan üçün həbs qərarı vermişdi.