“Apple“ şirkətinin rəhbərindən şok etiraf

30 Oktyabr 2014 20:18 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Tim Cook həmçinin cinsi azlığa mənsubiyəti ilə fəxr etdiyini qeyd edib.

Bu haqda "Bloomberg Businessweek" saytında Tim Cookun yazısı yerləşdirilib. Cook bildirib ki, gey olmağı ona azlıqda olmağın nə demək olduğunu dərindən anladır. O yazır ki, onun fərdi və biznes fəaliyyətinin mərkəzində bərabərlik uğrunda mübarizə durur.

53 yaşlı Cook 2011-ci ildən, Steve Jobes vəfat edəndən Apple şirkətinin rəhbəridir. Cook bildirir ki. o, heç vaxt seksuallığını danmayıb, ancaq bunu açıq da deməyib.

O, özünü "mühəndis, dayı, təbiəti sevən, idman fanatiki, Cənub oğlu" kimi təsvir edir.

AzNews.az