Goranboy sakini dərmandan zəhərləndi

31 Oktyabr 2014 09:01 (UTC+04:00)


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Qaradağlı kənd sakini, 1950-ci il təvəllüdlü Maarif Quliyev ağır zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Tibbi yardım göstərilsə də, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Araşdırma zamanı məlum olub ki, M. Quliyev səhvən danadişilərin məhv edilməsi üçün istifadə edilən dərmanı qəbul etdiyinə görə zəhərlənib.