Məhkum xəstəlikdən öldü

31 Oktyabr 2014 09:41 (UTC+04:00)


APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müəssisədə müalicə olunan məhkum Ceyhun Həşimov xəstəlikdən dünyasını dəyişib.

Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.