Sabir Rüstəmxanlının qardaşı oğlu Rusiyada çempion oldu - FOTO

31 Oktyabr 2014 10:14 (UTC+04:00)

AzNews.az-ın Mkgtu.ru saytına istinadən verdiyi xəbərə görə, turnir 29 oktyabr beynəlxalq tələbələr günündə keçirilib. Şahmat turnirində 25 tələbə iştirak edib. Azərbaycanlı tələbə Murad Rüstəmxanlı keçirdiyi 9 oyunun hamısında qələbə qazanaraq 18 xalla turnirin qalibi olub.

O, tələbələr arasında qalibiyyət əldə etdikdən sonra, məktəblər arasında keçirilən turnirin qalibi ilə üzləşib. Həmyerlimiz şagirdlər arasında keçirilən turnirin qalibini də məğlub edərək təşkil olunan turnirin mütləq çempionu olub.

Məlumata görə, həmyerlimiz ötən il Rusiyada universitetlər arasında keçirilən şahmat turnirinin də qalibi olub.

Qeyd edək ki, Murad Rüstəmxanlı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının qardaşı oğludur.







Xəyal Əzizov