“Ruhani Bakı səfəri ilə balans yaratmağa çalışacaq” - Politoloq

31 Oktyabr 2014 12:20 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, İran prezidentinin Bakıya səfəri dövlətlər arasındakı münasibətləri daha da inkişaf etdirəcək:
"İran Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir. Prezident İlham Əliyev Azərbaycan və İran münasibətlərinin yeni mərhələyə qədəm qoyması barədə açıqlama verib. Hesab edirəm ki, Ruhaninin bu səfəri həm də balans yaratmağa cəhddir. Bir müddət öncə isə Ermənistan prezidenti Serj Sarkisyan Tehrana səfər etmişdi. Səfər zamanı Ermənistana qaz kəməri və dəmir yolunun çəkilməsi haqda danışıqlar aparılıb. İran Ermənistanla da münasibətləri inkişaf etdirir".



Xəyal Əzizov
AzNews.az