Ağdaş sakini özünü asdı

31 Oktyabr 2014 12:26 (UTC+04:00)


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1950-ci il təvəllüdlü Səfərov Rasim Rəsul oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. Dörd uşaq atası Rasim Səfərovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.