Bakıda kafe yandı

31 Oktyabr 2014 14:18 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kvadratmetr olan, fəaliyyət göstərməyən kafe və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az