Küçədə boğazı kəsilərək öldürüldü

31 Oktyabr 2014 16:11 (UTC+04:00)


AzNews.az xəbər verir ki, hadisə Antalyanın Muratpaşa rayonunun Ermenek məhəlləsində baş verib.

Ara küçədə evinə gedən Nəsrəddin Şəkərin arxadan yaxınlaşan bir adam tərəfindən boğazı kəsilib.

Hadisə zamanı onun barmaqlarının da kəsildiyi ortaya çıxıb.

Qan içində yerdə qalan Nəsrəddin çağırılan təcili yardımla Laradaki xüsusi bir xəstəxanaya aparılıb, ancaq həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını qurtarmaq mümkün olmayıb.

Polis cinayətlə bağlı istintaqa başlayıb.


AzNews.az