“Fatimeyi-Zəhra” məscidi QMİ-nin balansına verilib
21 Sentyabr 2012 11:53 (UTC+04:00)
"Azərbaycanda 1834 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 135-i Bakıdadır. Bundan başqa, Azərbaycanda 12 kilsə və 6 sinekoq da var". Bu məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli verib.
Orxan Əli "Fatimeyi-Zəhra" məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, məscid Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib: "Həmin məsciddəki dini icma komitəyə qeydiyyatla bağlı müraciət edərsə, həmin məsələyə baxılacaq".
E. Əliosmanqızı
AzNews.az