Azərbaycanlılar Hollandiyada İran səfirliyi qarşısında aksiya keçirəcək

21 Sentyabr 2012 15:02 (UTC+04:00)
Sentyabrın 22-də Hollandiyada yaşayan azərbaycanlılar İranın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Yerli vaxtla 17.00-da başlayacaq aksiyada məqsəd İranda 30 milyondan artıq Azərbaycan türkünə ana dilində təhsli imkanının verilməməsinə etiraz etməkdir.

Bu barədə məlumat AzNews.az-a Güney Azərbaycan İstiqlal Partiyasından verilib. Partiyadan bildirilb ki, aksiyanın 22 sentyabrda keçirilməsi təsadüfi deyil: "22 oktyabr İranda yeni dərs ilinin başlanması günüdür. İran ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti yürüdərək uşaqları fars dilində təhsil almağa məcbur edir".

Alpər
AzNews.az