Emin Ağalarov Cenifer Lopezin konsertinə xüsusi dəvət alıb - FOTO

21 Sentyabr 2012 15:17 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, məşhur müğənni və bəstəkar Emin Ağalarov sentyabr ayının 17-dən, 19-a kimi ABŞ-da "Baby Get Higher" sinqlına dəstək vermək və ABŞ-ın tanınmış KİV nümayəndələri ilə görüşmək, radio və televiziya verilişlərində iştirak etmək məqsədilə səfərdə olub.

AzNews.az-ın müğənninin rəsmi saytına istinadən xəbər verir ki, Emin ABŞ səfərini başa vurub və Bakıya qayıdıb. O, sentyabr ayının 23-də Cenifer Lopezin verəcəyi konsertdə xüsusi qonaq qismində iştirak edəcəyinə görə məşqlərə başlayıb.

Fuad Mədətov
AzNews.Az