Gürcüstanda yeni təyinat olub

21 Sentyabr 2012 15:54 (UTC+04:00)
Gürcüstanda yeni təyinat olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın Cəzaların icrası, hüquqi yardım və probasiya nazirinin müavini vəzifəsinə Şota Utiaşvili təyin olunub. Qeyd edək ki, Şota Utiaşvili bundan əvvəl baş nazirin aparatında xarici və ictimai əlaqələr departamentinin rəisi vəzifəsində çalışıb.

Cəzaların icrası və hüquqi yardım və probasiya naziri Giorgi Tuquşi həbsxanalarda vəziyyətin sabit olduğunu bildirib. Nazir qeyd edib ki, məhbusların sağlamlığı məsələsi gündəlikdə başlıca məsələ kimi durur: "Bu məsələ ilə əlaqədar mən çoxdan hakimiyyətə fikrimi bildirmişdim. Bu gün mən bir neçə məhbusun xəstəxanaya köçürülməyi barədə əmr də imzalamışam. Biz məhbusların sağlamlığını təhlükədə qoya bilmərik".

AzNews.az