ABŞ Əfqanistandan çıxır

21 Sentyabr 2012 16:30 (UTC+04:00)
ABŞ Əfqanistandakı növbəti qoşunlarını çıxarmağa başlayıb. ABŞ 2009-cu ildən başlayaraq, sözügedən ölkədəki hərbi kontingentini çıxarmağa başlayıb və bu günədək 33 min əsgər geri dönüb.

Lakin Rəsmi Vaşinqton Əfqanistanda sabitlik bərpa olanadək, bu ölkədə müəyyən miqdarda əsgər saxlamaq niyyətindədir. Qeyd edək ki, hazırda Əfqanistanda 68 min ABŞ hərbi kontingenti var.

AzNews.az