Nazir ABŞ-a gedir

22 Sentyabr 2012 08:28 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə sentyabrın 24-də Nyu-Yorka səfər edəcək.

XİN mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 28-dək davam edəcək səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı nəzərdə tutulur. Nazir Elmar Məmmədyarovun BMT-nin Baş Assambelyasında çıxışı 28 sentyabr tarixinə planlaşdırılır.

Elmar Məmmədyarovun həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, xarici işlər nazirinin müavini Araz Əzimov dünən jurnalistlərə verdiyi açıqlamada XİN başçısının Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini bildirib: "Ermənistan xarici işlər naziri ilə görüş nəzərdə tutula bilər, amma bu məsələ hələ təsdiqini tapmayıb".


Sevinc
AzNews.az