Rəşidə Behbudova: “Onlardan fəxri adları almaq lazımdır”

22 Sentyabr 2012 11:19 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, xəz-dəri geyimləri şirkətinin yeni mövsümünün açılış mərasimində iştirak edən Aygün Kazımova ilə Elza Seyidcahan arasında qalmaqal yaşanıb. Şirkətin siması A.Kazımova tortkəsmə məqamında qonaqlara şirniyyatdan bir parça versə də, E.Seyidacahanı saymayıb və ona tort verməyib. Özündən çıxan E.Seyidcahan Aygünü "şeytan" adlandırıb.

İki sənət adamının bu biabırçılığına isə dünyaşöhrətli sənətkar Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Behbudova biganə qala bilməyib və fikirlərini facebook sosial şəbəkəsində paylaşıb: "Mən artıq çoxdandır ki, bu sahədə olan bəzilərini və əfsus ki, çoxlarını ciddi qəbul etmirəm... İndiki halda Elza Anderssendir... Yəni çılpaq olan kraldır. Mən gözləyirəm ki, bizim mədəniyyətimiz öz əhatə dairəsinə qayıdacaq... Mən buna inanıram... indi artıq cavanlar var və onlar böyüyürlər. Onlar gözəl, istedadlı ifaçılardır... Ancaq belə hadisələr adamı məyus edir. Təəssüf... sadəcə faciəvi təəssüf... Belələrindən fəxri adları almaq lazımdır, əgər varsa".

Yaşar
AzNews.az