Braziliya futbolçusu Bakıda zəhərləndi – EKSKLÜZİV

22 Sentyabr 2012 12:27 (UTC+04:00)


Bu gün U-17 qızlar arasında dünya çempionatının Braziliya komandasının futbolçusu zəhərlənib. AzNews.az-a daxil olan məlumata görə, Braziliya komandasının futbolçusu Radriqes Kamila Adriananın səhhətində yaranan problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

R.K.Adriana həkimlərinin nəzarətindən keçəndən sonra maraqlı bir fakt ortaya çıxıb. Belə ki, həkimlər onun səhhətində heç bir problemin olmadığını bildiriblər. Məlum olub ki, futbolçu stadiona çıxmamaq üçün bu cür bəhanəyə əl atıb. Onun niyə oynamaq istəmədiyi isə hələ sual olaraq qalır.

Fuad Mədətov
AzNews.az