İtaliyalı operator Bakıda bədii film çəkir

13 Noyabr 2014 16:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı kinostudiya yayıb.

Məlumatda deyilir ki, psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandıracaqlar.