Elçinin 64 yaşlı qohumuna vəzifə verildi – “Azdrama”da

13 Noyabr 2014 17:09 (UTC+04:00)
Bu barədə məlumat AzNews.az –a Mədəniyyət və Turizm Nazirliyindən verilib. Məlumatda bildirilir ki, V.Əliyev bir müddət əvvəl pensiya yaşı ilə əlaqədar olaraq çalışdığı Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşdırılıb. O, Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq Fakültəsinin dekanı vəzifəsində çalışıb.

Məlumatda o da qeyd edilir ki, 64 yaşlı filologiya üzrə fəlsəfə doktoru olan təqaüdçü Vəfa Əliyevin truppa müdiri vəzifəsinə xalası oğlu, Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru Timurçin Əfəndiyevin xahişindən sonra təyin ediblər.

Xatırladaq ki, Akademik Mili Dram Teatrının truppa müdiri vəzifəsində çalışan Elnur Məmmədov bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb. Onun işdən azad edilməsi xəbərini APA yayıb.



Bahar RÜSTƏMLİ