DİN-nin idarə rəisi işdən çıxarıldı

22 Sentyabr 2012 12:52 (UTC+04:00)
Azərbaycan Daxili İşlər Nazirliyinin idarə rəisi işdən çıxarılıb. Bu barədə APA-ya nazirlikdən bildirilib.

Məlumata görə, DİN-in Tibb İdarəsinin rəisi, polis polkovniki Bəhruz Səfərəliyev daxili işlər orqanlarında xidmət keçmə müddəti başa çatdığı üçün təqaüdə göndərilib.

60 yaşının tamam olması münasibəti ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qəbul edilən B. Səfərəliyev fəxri fərman və medallarla təltif edilib.

AzNews.az