Dəhşət! Fəhlə dəzgahda parça-parça oldu

22 Sentyabr 2012 13:30 (UTC+04:00)
Bu gün Bakı şəhər sakini daş karxanasında dəzgaha düşərək ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisindəki 1 saylı "Tikinti Materialları" MMC-nin daş Karxanasında, orada işləyən Bakı şəhər sakini Asif Kəlbiyev dəzgaha düşərək ölüb.

Ədil
AzNews.az