“55 illiyimi İngiltərədə qeyd edəcəm” – Bilal Əliyev

18 Noyabr 2014 10:45 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib.

O bildirib ki, bu gün 55 illik yubileyidir və İdeal Sülh Mədəniyyət Fondunun Mədəniyyət və İncəsənət Departamentinin sədri kimi İngiltərərədə səfərdədir: "Burda maraqlı tədbirlərim var. İnşallah, 60 illik yubileyimi qeyd edəcəyəm".

"55 illik yubileyinizdə dövlətdən nə gözləyirsiniz?" sualına B.Əliyev belə cavab verib: "Vallah, nəyəsə layiqəmsə verəcəklər. Yox layiq deyiləmsə, verməyəcəklər. Bu barədə qətiyyən düşünmürəm".

Bahar RÜSTƏMLİ
AzNews.az